top
“PlayStation” klubda qızla cinsi əlaqədə olan oğlan əmisi oğlu tərəfindən öldürülüb
02 sentyabr 2022, 07:30
- ↺ +

“PlayStation” klubda qızla cinsi əlaqədə olan oğlan əmisi oğlu tərəfindən öldürülüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nalayiq videoya görə əmisi oğlunu öldürən şəxsə hökm oxunub. Bu haqda 2 sentyabr tarixində Oxu.az məlumat verib.

Yasamal rayonunda gözəllik salonunun qarşısında 2019-cu il martın 1-də Kamil Səttarlı əmisi oğlu Emin Babaverdiyevi qətlə yetirib.

İstintaqla məlum olub ki, Kamil Səttarlı qohumu Emin Babaverdiyevin  “PlayStation” klubda, kabinetlərin birində naməlum qızla cinsi əlaqədə olmasını əks etdirən videogörüntünün olmasını bilib, ona bununla əlaqədar iradını bildirib. Emin onun iradına məhəl qoymayaraq Kamilin telefonuna özünün və ailəsinin ünvanına mütəmadi olaraq nalayiq məzmunlu mesajlar göndərib (ana-bacısını söyüb).

Kamil qohumunun onu niyə söydüyünü anlamayıb, Eminə onu vuracağını bildirib. Buna baxmayaraq, dəfələrlə ona eyni məzmunlu, təhqiramiz mesajlar göndərdiyindən Emini axtarmağa başlayıb. Kamil qisas məqsədilə əmisi oğlunu güdərək onu bərbərxanadan çıxarkən yaxalayıb və döş qəfəsinə bıçaqla üç zərbə endirərək öldürüb. Zərbələrdən ikisinin Eminə dəydiyini hiss edən Kamil onun gözlərinə baxa-baxa söyüş söyüb və dərhal oradan qaçıb. O, yaşadığı evə gələrək ata-anasına elədiyi hərəkət barədə danışıb.

Ailəsi ona təslim olmağını məsləhət görüb, lakin Kamil uzaq qohumlarının evində bir müddət gizlənmək istəyib. Yolda olarkən polis əməkdaşı ona zəng edib, harada olduğunu soruşub və Eminin öldüyünü bildirib. Artıq gizlənməyin mənasız olduğunu anlayan Səttarlı polisə təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Səttarlı 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə prosesində Kamil Səttarlı ittiham üzrə özünü təqsirli bilib. Amma qeyd edib ki, törətdiyi cinayət əməlindən peşman deyil.

[caption id="attachment_67789" align="alignnone" width="800"]oğlan əmisi oğlu tərəfindən öldürülüb Foto Baku Tv-nin rəsmi saytı[/caption]

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər