top
Polisə zorlandığını bildirən müğənni sonradan öz razılığı ilə cinsi əlaqədə olduğunu xatırlayıb
10 sentyabr 2022, 06:00
- ↺ +

Polisə zorlandığını bildirən müğənni sonradan öz razılığı ilə cinsi əlaqədə olduğunu xatırlayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda zorlanması ilə bağlı polisə şikayət edən müğənni sonradan öz istəyi ilə cinsi əlaqədə olduğunu xatırlayıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 10 sentyabr tarixində xəbər verir.

Cari ilin mart ayının 7-də gecə saat 03:00-da Binəqədi rayonunda 27 yaşlı Camal Axundov tanışı Nərminə (adlar şərtidir – red.) xəsarətlər yetirib.

“Martın 6-da saat 20:00 radələrində Dərnəgül yolunda yerləşən kafedə müğənni kimi oxuduğum zaman Nərmin ilə tanış oldum. O da həmin kafedə müğənni kimi oxuyurdu. Birlikdə bir neçə mahnı oxuduq. Sonra saat 21:00-da oxumaq üçün Nizami rayonu ərazisində yerləşən klublardan birinə dəvət edildim. Bu barədə Nərminə bildirdim. Onun da kluba getməsini istədim. Nərmin də razılaşdı. Birlikdə həmin kluba getdik”, - deyə Camal ifadəsində bildirib.

Kluba 21:30-da çatan cütlük təzəcə tanış olduqları Elmir və Validə ilə gecə yarısı oranı tərk edərək qarşılıqlı razılıq əsasında hotelə yeyib-içməyə gediblər.

Camal deyib ki, içki məclisi bitəndən sonra istirahət etmək üçün Nərmin ilə birlikdə sifariş verdikləri digər otağa keçiblər. Olanlar da elə bundan sonra başlayıb.

Camalın ondan xoşu gəldiyini öyrənən Nərmin onunla öz razılığı ilə cinsi əlaqədə olub. Daha sonra Camal evə getmək istəyini bildirən Nərminə yuxusunun gəldiyini və avtomobilin digər otaqda yatan Elmirə məxsus olduğunu söyləyib.

Nərminin təkidlə evə getmək istəməsi mübahisəyə səbəb olub. Bu zaman Camal şillə ilə onun qol və baldır hissələrinə iki-üç dəfə vurduğunu deyib.

Növbəti günün səhəri o, Nərmini Masazır qəsəbəsi, “Qurtuluş 93”-də yerləşən evinə aparıb.

Təqsirləndirilənin sözlərinə görə, evinə getdikdən sonra Nərminin ondan şikayət etdiyini bilib.

Zərərçəkmiş Nərminin sözlərinə görə, evinə gəldikdən sonra bədəninə baxdıqda üzərində xəsarətlər olduğunu görüb. Camalın onu zorladığını düşünərək Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə ərizə ilə müraciət edib.

Nərmin sonradan ərizəni hirsli vəziyyətdə yazdığını və Camalla öz razılığı ilə cinsi əlaqədə olduğunu qeyd edib.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişə dəymiş ziyanın ödənilməsini nəzərə alıb. Camal barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Oxşar xəbərlər