Paytaxtın Xəzər və Binəqədi rayonlarında piyada və velosipedçinin iştirakı ilə avtoqəzalar baş verib. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qala qəsəbəsində 21 yaşlı velosipedçi Məhəbbət Ağalarov hərəkətdə olan zaman onu avtomobil vurub. O, müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Xocəsən qəsəbəsində isə 37 yaşlı Elnur İbrahimov avtomobil yolunu keçən zaman qəzaya düşüb. O, ayağının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hər 2 faktla bağlı araşdırmalar davam edir.