Sürücülük hüququ olmayan şəxs Bakıda uşağı vuraraq öldürüb. Bu haqda 2 sentyabr tarixində APA məlumat verib.
Hadisə Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda axşam saatlarında baş verib. Belə ki, sürücülük hüququ olmayan Bakı sakini, 29 yaşlı Nizami Rəhimli “VAZ-21099” markalı avtomobillə yolu keçən 9 yaşlı Könül Sadıxovanı vurub. Qızcığaz xəstəxanaya aparılarkən yolda vəfat edib.
Nizami Rəhimli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.