Binəqədi rayonunda nazirliyə məxsus kabel oğurlayan şəxs saxlanılıb. Bu haqda 3 fevral tarixində Report məlumat verib.
2021-ci il 20 noyabr tarixində Görədil qəsəbəsi ərazisində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus 120 metr kabeli kəsilərək oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mirsamir Mirbala oğlu saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.