Paytaxtın Səbail rayonu, Niyazi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Azneft dairəsi istiqamətində hərəkət edən “Prius” markalı avtomobil idarəetmədan çıxaraq yolun kənarında yerləşən işıq dirəyinə çarpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib, işıq dirəyi aşma təhlükəsi ilə üzləşib.
Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_68854" align="alignnone" width="1024"]
Foto BakuPlus.az[/caption]