Paytaxtın Səbail rayonunda oğurluq edən şəxs polis tərəfindən tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 23 avqust tarixində xəbər verir.
Səbail rayonu ərazisində bir avtomobildən 140 manat pul və 300 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Q.Qulamov saxlanılıb.
Bundan əlavə, onun müxtəlif vaxtlarda daha 3 avtomobildən ümumilikdə 195 manat pul, bank kartı və 3 ədəd mobil telefon oğurladığı da müəyyən edilib.