Bakıda oğru saxlanılıb. Bu haqda 7 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Səbail rayonunda Bakı şəhər sakini P.Məmmədovun, içərisində 350 manat olan pulqabısı soyğunçuluq yolu ilə talanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Neftçala rayon sakini F.Məhərrəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.