Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yaşayan 18 yaşlı Fərid İmanov itkin düşüb. Bu haqda bu gün, 5 sentyabr tarixində Lent.az məlumat verib.
Verilən məlumata görə, gənc oğlan evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası T. Hacıyeva Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.
Hadisə ilə bağlı araşdırma aparılır.