Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qadın piyadanı avtomobil vurub. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəsəbə sakini Sara Ömərova yolu keçən zaman Lənkəran rayon sakini A.Baxşıyev idarə etdiyi “Toyota” markalı avtomobillə onu vurub. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.