Paytaxt ərazisində avtomobil yanıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 13 sentyabr tarixində xəbər verir.
Suraxanı rayonunda “ВMW” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.