Paytaxtın Suraxanı rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
31 yaşlı Şənlik Əmirov yolu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada sol qolunun sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.