Bakıda ötən ay qəzada ağır xəsarət alan Güləhməd Gülməmmədov həkimlərin səyinə baxmayaraq bu gün vəfat edib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 25 avqust tarixində xəbər verir.
İyulun 9-da paytaxtın Binəqədi rayonunda Miryusif Qasımovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil yolu keçən Güləhməd Gülməmmədovu vurmuş, daha sonra idarəetməni itirərək yolun kənarında dayanan avtomobilə çırpılmışdır.
Faktla bağlı araşdırma aparılır.