Bakıda qadın ərini qətlə yetirib. Bu haqda BakuPlus.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bu gün, 2 sentyabr tarixində xəbər verir.
Sentyabrın 2-si saat 12:00 radələrində 35 yaşlı Əfsanə Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı əri, 48 yaşlı Nurani Qalabəylini bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Əfsanə Qalabəyli istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.