Bakıda yol-nəqliyyat hadisələrində 2 piyada xəsarət alıb. Bu haqda 6 sentyabr tarixində Report məlumat verib.
Xətai rayonunda 61 yaşlı Vəli Abdulrəhmanovu yolu keçən zaman avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Oxşar hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 39 yaşlı Xalid Rüstəmovu yolu keçərkən avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.