Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 1 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Avqustun 31-də saat 17:00 radələrində Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Rüstəmov idarə etdiyi avtomobillə yolu keçən qəsəbə sakini A.Süleymanovu vurub. Qəza nəticəsində piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.