Bakıda kişi boşanmaq istəyən arvadını döyərək maşından atıb. Bu haqda 6 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Aprelin 27-də Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Nur” mebel salonunda 40 yaşlı Ziya Nuriyev arvadı Xuramana (şərti ad) xəsarətlər yetirib.
Ziya ilə Xuramanın arasında mübahisə yaranıb. Kişi arvadının sifət və baş nahiyəsinə bir neçə dəfə vurub, ardınca isə “Nur” mebel salonunun qarşısında avtomobildən itələyərək yerə yıxıb. Məhkəmə zamanı Ziya özünü təqsirli bilməyib və arvadının onu şərlədiyini bildirib.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Ziya Nuriyev 9 ay müddətinə azadlıqdan məhrum olunub.