Paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində piyada avtoqəzada ölüb. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ağsu rayon sakini İ.Mustafayev “Ford” markalı avtomobillə hərəkət edən zaman yolu keçən Beyləqan rayon sakini Firəngül Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.