Paytaxtın Yasamal rayonu, metronun “20 yanvar” stansiyası yaxınlığında avtoqəza baş verib. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Betonqarışdıran avtomobil dönmə hərəkəti edən zaman idarəetmədən çıxaraq aşıb. Nəqliyyat vasitəsinin içindəki beton keçəyə tökülüb, ərazidə sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.