Paytaxtın Yasamal rayonunda yerləşən mənzillərin birində meyit aşkarlanıb. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bir nəfərin bağlı qapı arxasında qalması barədə daxil olan məlumat əsasında FHN-in əməkdaşları rayon ərazisində yerləşən mənzillərdən birinin qapısını qırıblar və içəridə aşkarlanan meyiti aidiyyəti üzrə təhvil veriblər.
Mərhumun kimliyi araşdırılır.