Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov, 41 ünvanında 4 sentyabr tarixində yanğın baş verib. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Hadisə mənzil sahibi evdə olmayan zaman baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) hadisə yerinə cəlb olunan əməkdaşları qapını sındıraraq içəri daxil olublar və yanğını söndürüblər.
Verilən məlumata görə, yanğına səbəb eyvana düşən yanan siqaret kötüyü olub. Eyvanda olan kombi aparatı və dolab yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
[URIS id=68299]