Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində, evlərin birində qanunsuz silah aşkarlanıb. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Ş.Şirinovun qəsəbə ərazisindəki yaşadığı evin həyətində 1 ədəd lüləsi kəsilmiş “İJ-18” markalı ov tüfəngi, 7 ədəd patron və 1 ədəd “F-1” markalı qumbara aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.