Bakıda mağazadan oğurluq edən şəxs tutulub. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Bu haqda BakuPlus Report-a istinadən xəbər verir.
Yanvarın 23-də Azadlıq prospektində yerləşən mağazalardan birinin kassasından 55 min manatı oğurlamaqda şübhəli bilinən və həmin mağazada kassir işləyən Neftçala rayon sakini M.Əhmədova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.