Nərimanov rayonunda anbardan oğurluq etmiş şəxsi polis yaxalayıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 29 avqust tarixində xəbər verir.
Rayon ərazisində yerləşən bir anbardan 3500 manat dəyərində kondisioner, 10 ədəd pəncərə, 6 qapı və naqil oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Xəlilov saxlanılıb.
Araşdırmalar davam edir.