Paytaxtın Bİnəqədi rayonunda evdən dəyərli əşyaların olduğu seyfi oğurlayan 2 nəfər saxlanılıb. Bu haqda bu gün, 6 yanvar tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə 31 dekabr-2 yanvar tarixləri arasında baş verib. Rayon ərazisində yerləşən evlərin birində içində 150.000 ABŞ dolları dəyərində qızıl zinət əşyaları, 15.000 manatlıq qol saatları və 10.000 manat nağd pul olan seyf oğurlanıb.
Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov şübhəli şəxslər kimi tutulublar. Onlar törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb.
[URIS id=28678]