Bakının Sabunçu və Binəqədi rayonlarında piyadaların iştirakı ilə iki yol qəzası baş verib. Bu haqda bu gün, 17 fevral tarixində Report məlumat verib.
Binəqədi rayonunda 32 yaşlı Aygül Kərimova yolu keçərkən onu avtomobil vurub. Qadın müxtəlif travmalar ilə xəstəxanaya yerləşdirilib.
Buna oxşar hadisə Sabunçu rayonunda baş verib. Avtomobil yolunu keçən 47 yaşlı Afaq Əsgərovanı avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Yaralı sol biləyin sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.