Ötən gecə Bakıda ikimərtəbəli ev yanıb. Bu haqda BakuPlus Fövqəladə Hallar Nazirliyinə istinadən 31 yanvar tarixində xəbər verir.
Binəqədi rayonunda hər mərtəbəsi 200 kv.m olmaqla ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 ədəd elektrik tənzimləyicisi, 4 ədəd ofis mebeli və lambrindən ibarət tavan 70 kv.m sahədə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının cəlb olunması ilə yanğın söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.