Arvadını hər kəsin gözü önündə qəsdən öldürməyə cəhd etməyə çalışan şəxs barəsində cinayət işi açılıb. Bu haqda BakuPlus.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bu gün, 31 avqust tarixində xəbər verir.
Ötən gün saat 09:00 radələrində Yasamal rayonu ərazisində 25 yaşlı Nuridə Əhmədovanı bıçaqlayaraq hadisə yerindən qaçan şəxsin onun həyat yoldaşı olduğu məlum olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 33 yaşlı Araz İsazadə saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə istintaq davam edir.