Bakının Səbail rayonu, Bayıl qəsəbəsində 65 yaşlı kişi ehtiyatsızlıqdan ağır xəsarət alıb. Bu haqda 8 sentyabr tarixində APA məlumat verib.
Vahid Məsiyev sahib olduğu tüfəngi təmizləyərkən özünü döş qəfəsindən güllələyib. Kişi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində və Rayon Prokurorluğunda araşdırmalar aparılır.