Bakıda vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Könül Sultanovaya hökm oxunub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 11 may tarixində xəbər verir.
Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə keçən prosesdə K.Sultanova 3 min manat məbləğində cərimələnib.
K.Sultanova 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan istintaqla 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvü Mehparə Məmmədovanın da bu işdə iştirakı ilə bağlı əsaslı şübhələr müəyyən olunub.
M.Məmmədovanın cinayət işi ayrıca icraata verilib.