Bakının Xətai rayonunda sakindən odlu silah-sursat götürülüb. Bu haqda bu gün, 20 avqust tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən Bakuplus.az məlumat verir.
Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini R.Əhmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.