Bakıda gecə saatlarında yanğın baş verib. Bu haqda 5 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyin əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.