Bakıda avtomobil qaçıran qardaşlar tutulub. Bu haqda 1 iyun tarixində APA məlumat verib.
Binəqədi qəsəbəsi ərazisində mayın 30-na keçən gecə avtomobil təmiri sexlərinin birindən Füzuli rayon sakini Ə.Allahverdiyevə məxsus “Daf” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsinin Goranboy rayon sakini M.Yusifov tərəfindən qaçırılması müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, Yusifov avtomobili qardaşı ilə birgə oğurlayıb.
Faktla bağlı araşdırma davam edir.