Binəqədi rayonunda küçədən oğurluq edən şəxslər saxlanılıblar. Bu haqda 14 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Binəqədi rayonu ərazisindəki H.Seyidzadə, C.Xəndan, A.Məmmədova, S.S.Axundov, Ə.Naxçıvani küçələrində, Azadlıq və M.K.Atatürk prospektlərində qrunt suları üçün nəzərdə tutulan 26 ədəd dəmir barmaqlıq və su ötürücülərinin dəmir qapaqları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini T.Nuriyev və Bakı şəhər sakini S.Əhmədov saxlanılıblar. Şəxsi axtarış zamanı Nuriyevdə metamfetamin, Əhmədovda isə heroin aşkar edilib.