Paytaxtın Binəqədi rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini V.Mahmudov rayon ərazisində yerləşən evlərin birindən 370 AZN və 1220 AZN-lik qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.