Bakıda ev və avtomobilləri qarət edən oğru saxlanılıb. Bu haqda 5 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonu ərazisində müxtəlif vaxtlarda 1 evdən və 2 avtomobildən pul, eynək, yaddaş kartı və sənəd oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini N.Hacıyev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.