Bakı şəhərində ev yanıb. Bu haqda 7 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli evin ikinci mərtəbəsində 25 kv.m sahədə əşyalar və döşəmənin 1 kv.m sahəsi yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub və evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.