Paytaxtın Binəqədi rayonunda narkotaciri saxlamaq üçün odlu silahdan istifadə olunub. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Lənkəran şəhər sakini 41 yaşlı Vüsal Hüseynov “Daewoo” markalı avtomobil ilə narkotik daşıyırdı. Polisin saxlamaq istədiyi şəxs nəqliyyat vasitəsini onların üzərinə sürərək, qaçmaq istəyib, ancaq əməkdaşlar avtomobilin təkərlərinə atəş açıblar.
"Gözləmirdim polis atəş aça bilər. Polisin narkotiklə mübarizədə inadkarlığını gördüm...", - deyə cinayətkar etiraf edib.