Bakıda şirkət əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Bu haqda 25 yanvar tarixində Report məlumat verib.
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanvarın 24-də “Rahat Telecom” MMC-də montajçı işləyən 45 yaşlı Müseyib Cəfərov ölüb. Məlum olub ki, o, internet kabeli çəkmək üçün metal dirəyə çıxıb və üzərindən keçən yüksək gərginlikli elektrik naqilinə toxunub. Elektrik cərəyanının vurması nəticəsində o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin “Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb.