Paytaxtın Binəqədi rayonunda 151 nömrəli uşaq bağçasından oğurluq edilib. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Xaçmaz rayon sakini Elturan Vəlibəyov və Sumqayıt şəhər sakini Vaqif Səfərov müəssisədən 1000 manat nağd pul, 1 ədəd televizor, müxtəlif növ məişət avadanlıqları və yeyinti məhsullarını oğurlayıblar.
Onlar törətdikləri əməli etiraf ediblər və bundan əlavə Xətai və Nəsimi rayonlarında da uşaq bağçalarından oğurluq etdiklərini bildiriblər.