Paytaxtın iki rayonunda yanğın baş verib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda ümumi sahəsi 270 kv.m olan ikimərtəbəli evin zirzəmisi alışıb. 4 ədəd elektrik açarı və naqillər 5 p.m yanıb. Evin digər hissələri yanğından mühafizə olunub.
Sabunçu rayonunda isə beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində elektrik lövhəsi alışıb. 10 ədəd sayğac və 2 p.m sahədə kabel yanıb. Mənzillərə ziyan dəyməyib.
Hər iki faktla bağlı araşdırma aparılır.