Bakıda marşrut avtobusu qəza törədib. Bu haqda 6 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində 71 saylı sərnişin avtobusu "Narmin palace" (keçmiş “Kəmalə Nərmin”) şadlıq evinin yaxınlığında yük maşınının qoşqusuna çırpılıb. Qəza nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma davam edir.