Bakıda iki evdən oğurluq edən şəxsi polis yaxalayıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 22 avqust tarixində xəbər verir.
Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində iki evdən 1905 manat dəyərində sərinkeş, qaynaq aparatı, 3000 manat dəyərində təmir alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən Ç.Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.