Bakıda küləyin köhnə restoranın divarını uçurması nəticəsində 3 avtomobilə ziyan dəyib. Bu haqda BakuPlus.az 14 fevral tarixində xəbər verir.
Binəqədi rayonu Xutor qəsəbəsi adlanan ərazidə köhnə “Səma” şadlıq sarayının qəzalı vəziyyətdə olan divarı uçaraq avtomobillərə ziyan vurub. Hadisə nəticəsində 3 avtomobil əzilərək yarasız hala düşüb.
Şahidlərin sözlərinə görə xəsarət alan yoxdur.
[caption id="attachment_33369" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]