Paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində ayaqqabı mağazasından oğurluq edilib. Bu haqda bu gün, 20 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Mağaza sahibi Anar Quliyevin sözlərinə görə, 2 naməlum şəxs kassa tərəfə keçərək 2050 AZN pulu götürüb qaçıblar.
Onların görüntüləri digər mağazanın təhlükəsizlik kameralarına düşüb. Həmin şəxslərin axtarışları davam edir.