Bakıda oğru saxlanılıb. Bu haqda 24 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nəsimi rayonunda Bakı sakininə məxsus 1500 manat dəyərində moped oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakini Y.Rzayev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.