Qaradağ rayonunda avtomobil qaçıran şəxs saxlanılıb. Bu haqda 29 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sahil qəsəbəsi ərazisində avqustun 28-də “Tofaş” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini İ.Məmmədov avtomobillə birlikdə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.