Sabunçu rayonunda kişiyə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bu haqda 10 sentyabr tarixində APA məlumat verib.
Bakıxanov qəsəbəsi, Sülh küçəsində 41 yaşlı Akif Xanməmmədov naməlum şəxs tərəfindən sağrı nahiyəsindən bıçaqlanıb. Yaralı küçədə polis əməkdaşları tərəfindən aşkar edilib. O, 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.