Ötən gecə Binəqədi rayonunda həyətlərin birindən oğurluq olub. Bu haqda 10 yanvar tarixində Bakutv xəbər verib.
Sulutəpə adlanan ərazidə Rəşad Ziyadova məxsus həyət evindən naməlum şəxs gecə saatlarında hindən 8 toyuq, 5 xoruz, 2 hind quşunu oğurlayıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb.
Ev yiyəsi hadisədən səhər xəbər tutub. Təhlükəsizlik kamerası ilə oğurluğun necə baş verdiyini görərək, o, dərhal hüquq mühafizə orqanlarına məlumat verib. Faktla bağlı araşdırma aparılır.