Paytaxtın Xətai rayonunda avtomobildən oğurluq edən 3 nəfər tutulub. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri V.Axundov və R.Süleymanov rayon ərazisində avtomobildən 1750 AZN və bank kartları oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.